Maral Tahirqızı Fədayə Laçına məsləhət verdi: “Həbsxanada mütləq...” | 1news.az | Xəbərlər
Cəmiyyət

Maral Tahirqızı Fədayə Laçına məsləhət verdi: “Həbsxanada mütləq...”

12:21 - 02 / 11 / 2017
Maral Tahirqızı Fədayə Laçına məsləhət verdi: “Həbsxanada mütləq...”

Bu yaxınlarda azadlığa çıxan müğənni Maral Tahirqızı həmkarı Fədayə Laçının həbs olunmasına münasibət bildirib.

1news.az-ın məlumatına görə, “Qaynarinfo”ya açıqlama verən Maral Tahirqızı ona həbsxanada qayda-qanunlara əməl etməyi məsləhət görüb:

“Heç kimə o həyatı arzulamaram. O çox məsuliyyətli bir işi öhdəsinə götürüb. Azərbaycanda hər adam bu işi görə bilməz. Belə bir şeyi ancaq kinolarda görmüşük. Eşitmişəm ki, ağır vəziyyətdə yaşayan bir qadın olub. Yəqin dolanışığı, yaşayışı üçün həmin adamın arxasınca gedib. Bildiyim qədərilə hələ ona iş kəsilməyib. Əgər həbs olunsa, orada gərək rejimlərə ciddi riayət etsin, qaydaları pozmasın ki, cəza müddətini artırmasınlar”.

Həbsxanada yüksək insani keyfiyyətlərə malik qadınların da olduğunu deyən müğənni həmkarına həmin insanların əhatəsində olmağı tövsiyyə edib:

“Həbsdə yüksək insani keyfiyyətlərə malik qadınlar da var. Orada olanda bəziləri ilə söhbət edən zaman həsəd aparırdım ki, nə gözəl xanımdı, necə mədəni insandı. Mən həmişə elə insanların içərisində oturmuşam. Sözün düzü siqaret çəkən, narkomaniyaya qurşanan adamların arasına getmirdim. Çünki onlar əsəbi olurlar. Nə deyə bilərəm? Allah qapısını açsın. Heç bir Azərbaycan qadınına türmə həyatı arzulamaram. Həbsxana həyatı çox ağır həyatdı”.

1news.az

Paylaş:
2652

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər