Mehriban Əliyeva bəstəkarın müalicə xərclərini öz üzərinə götürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva bəstəkarın müalicə xərclərini öz üzərinə götürdü

14:30 - 03 / 11 / 2017
Mehriban Əliyeva bəstəkarın müalicə xərclərini öz üzərinə götürdü

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ağır insult keçirən bəstəkar Tahir Əkbərin xəstəxana xərclərinin qarşılanması ilə bağlı tapşırıq verib.

1news.az xəbər verir ki, bu barədə əməkdar artist, ailənin yaxın dostu  Aybəniz Haşımova məlumat verib. Onun sözlərinə görə, bəstəkarın bütün müalicə xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.

A.Haşımova öz “Facebook” səhifəsində Birinci vitse-prezidentə təşəkkür edib: “Mehriban xanim, Allah sizi heç vaxt darda qoymasin! Sağ olun, çox sağ olun!”.

Qeyd edək ki, Azərbaycanın məşhur bəstəkarı Tahir Əkbər dünən səhər saatlarında ağır insult keçirib. Bəstəkar 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib, onun Respublika Diaqnostika Mərkəzinə köçürüləcəyi gözlənilir. Bəstəkarın vəziyyəti ağır olaraq qalır.

1news.az

Paylaş:
842

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər