“AzəriLayt”ın bir barrelinin qiyməti 63 dollara çatır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzəriLayt”ın bir barrelinin qiyməti 63 dollara çatır

10:10 - 03 / 11 / 2017
“AzəriLayt”ın bir barrelinin qiyməti 63 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

1news.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar bahalaşaraq 62,89 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar bahalaşaraq 54,77 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar artaraq 60,80 dollar təşkil edib.

1news.az

Paylaş:
905

Son xəbərlər

Bütün xəbərlər