Qurban Qurbanov millimizin baş məşqçisi oldu | 1news.az | Xəbərlər
İdman

Qurban Qurbanov millimizin baş məşqçisi oldu

10:24 - 03 / 11 / 2017
Qurban Qurbanov millimizin baş məşqçisi oldu

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.

AFFA-dan 1news.az -a verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

1news.az 

Paylaş:
1699

Son xəbərlər

Bütün xəbərlər