Göyçayda XII Nar festivalı keçirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda XII Nar festivalı keçirilir – FOTO

13:01 - 03 / 11 / 2017
Göyçayda XII Nar festivalı keçirilir – FOTO

Göyçayda XII Nar festivalına start verilib. Festival Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var.

Festival iştirakçıları günboyu nar məhsullarının nümayiş olunduğu sərgiyə baxacaq, nar abidəsinin açılışında iştirak edəcək, habelə respublikanın tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı, nar istehsalı müəssisələrinə səfər, bədii kollektivlərin çıxışları, müxtəlif müsabiqələr təşkil ediləcək.

Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.

Həmçinin şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçiriləcək. Oyun saat 15:00-da başlayacaq. Yarışın qalibinə “AzNar” QSC tərəfindən 10 min manat, ikinci yerin sahibinə isə 5 min manat pul mükafatı veriləcək.

Babək Cahandarov

Paylaş:
1201

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər