Şahzadələrin həbsi nefti bahalaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahzadələrin həbsi nefti bahalaşdırıb

17:10 - 06 / 11 / 2017
Şahzadələrin həbsi nefti bahalaşdırıb

Səudiyyə Ərəbistanında şahzadələrin həbsindən və yüksək vəzifəli məmurların olduğu helikopterin qəzaya uğramasından sonra “Brent” markalı neftin qiyməti 62,81 dollaradək yüksəlib.

1news.az xəbər verir ki, London birjasında “Brent” ötən günlə müqayisədə 0,63 faiz yüksələrək 62,45 dollar təşkil edib.

ABŞ-ın “WTI” markalı nefti üzrə dekabr ayına olan fyuçersləri bir barrel üçün 55,95 dollar təşkil edib. Bu marka 0,54 faiz artım nümayiş etdirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Məlumata əsasən, qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər yüksək rütbəli məmurlar həlak olublar

1news.az

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər