Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqları təqdim olunub -  FOTO  | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqları təqdim olunub -  FOTO 

15:55 - 09 / 11 / 2017
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqları təqdim olunub -  FOTO 

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqlarının təqdim olunması mərasimi keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov mərasim iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş bayraqları ilə bağlı müvafiq təqdimatı barədə məlumat verib. Əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edən general-leytenant N.Osmanov müdafiə nazirinin salamlarını tədbir iştirakçılarına çatdırıb.

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisləri döyüş bayraqlarını təhvil alıblar.

Mərasim döyüş bayraqlarının sıra meydanından təntənəli keçidlə aparılması ilə başa çatıb.

S.Xankişiyeva

 

Paylaş:
939

Son xəbərlər

Bütün xəbərlər