Nalbandyan Minsk qrupunun həmsədrləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Nalbandyan Minsk qrupunun həmsədrləri ilə görüşüb

16:33 - 14 / 11 / 2017
Nalbandyan Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov(Rusiya), Stefan Viskonti(Fransa) və Endrü Şeferlə görüşüb.

1news.az news.am-a istinadla xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əlverişli şəraitin yaradılması ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilən sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair addımlar müzakirə edilib.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün təşkili məsələsi də müzakirə edilən məsələlər arasında olub.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabrda Moskvaya işgüzar səfər edəcək.  Səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Noyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.

P.Sultanova

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər