Müşfiqabadda 3 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təmir işləri ilə əlaqədar 114B, 555 və 557 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyət Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməyədək olan hissədə tətbiq olunacaq.
Dəyişikliklərə əsasən, 114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad) və Yeni Həyat küçəsi ilə təşkil ediləcək.
Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
555 və 557 nömrəli marşrutlar Müşfiqabad qəsəbəsi istiqamətində H.Z.Tağıyev-Sahil avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi və Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə hərəkət edəcək.
Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi və H.Z.Tağıyev-Sahil avtomobil yolu ilə, daha sonra isə mövcud sxem üzrə hərəkətini davam etdirəcək.
Hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında müəyyən edilib.











