Elmar Məmmədyarov Sudanın yeni səfirin qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Sudanın yeni səfirin qəbul edib

17:27 - 14 / 11 / 2017
Elmar Məmmədyarov Sudanın yeni səfirin qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib.

1news.az  XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki,  görüş əsnasında səfir Abbas Mustafa Əhməd Abdulla etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Abbas Mustafa Əhməd Abdullanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Abbas Mustafa Əhməd Abdulla diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirdi.

P.Sultanova

Paylaş:
916

Son xəbərlər

Bütün xəbərlər