Ukraynalı gənc sayt vasitəsilə öz böyrəyini satışa çıxarıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Ukraynalı gənc sayt vasitəsilə öz böyrəyini satışa çıxarıb – FOTO

11:52 - 15 / 11 / 2017
Ukraynalı gənc sayt vasitəsilə öz böyrəyini satışa çıxarıb – FOTO

Ukraynanın Melitopol şəhərində yaşayan Ruslan adlı şəxs Torbinka saytında elan yerləşdirib.

1news.az-ın technote-a istinadla verdiyi xəbərə görə, həmin elanda o, öz böyrəyini 3 bitcoin qarşılığında satmağı təklif edib.

Hal-hazırki məzənnəyə uyğun olaraq bu 20.000 dollara yaxın bir məbləğdir. Lakin nəzərə almaq lazımdır ki, son vaxtlarda bitcoin stabil bir valyuta deyil.

Ruslan ödəməni yalnız sözügedən kriptovalyuta qarşılığında qəbul edir. O düşünür ki, bitcoin ən güvənli sərmayedir. Bununla da o öz gələcəyini təmin etmək və həyatını xilas etmək istəyir. Paylaşılmış elan tez zamanda sözügedən saytdan silinib. Belə ki, bu elan saytın siyasətinə ziddir və Ukraynada insan orqanları bazarı ümumiyyətlə yoxdur.

S.Xankişiyeva

Paylaş:
693

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər