Prezident : 2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə başa vururuq
Azərbaycan 2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə başa vurur.
1news.az xəbər verir ki, bunu noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur".
İlham Əliyev əlavə edib ki, növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək:
"Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır".
1news.az