Prezident İlham Əliyev Abşeron rayonuna gəlib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Abşeron rayonuna gəlib

10:22 - 16 / 11 / 2017
Prezident İlham Əliyev Abşeron rayonuna gəlib

Prezident İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.

1news.az

Paylaş:
953

Son xəbərlər

Bütün xəbərlər