XİN: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır

15:00 - 17 / 11 / 2017
XİN: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaqdır.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək. 

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

Xarici işlər naziri Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiya Federasiyasında işgüzar səfərdə olub.

P.Sultanova

 

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər