Meksika mediası deputatların Qarabağa qanunsuz səfərindən yazdı | 1news.az | Xəbərlər
Siyasət

Meksika mediası deputatların Qarabağa qanunsuz səfərindən yazdı

11:45 - 17 / 11 / 2017
Meksika mediası deputatların Qarabağa qanunsuz səfərindən yazdı

Meksikanın bir sıra nüfuzlu media orqanları bu yaxınlarda bu ölkədən olan bir qrup millət vəkilinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri barədə  məqalələr dərc edib.

1news.az xəbər verir ki, “Milenio” qəzetində yer alan məqalədə deyilir ki, Morena və PRD partiyası deputatları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna qeyri-qanuni səfərindən sonra Azərbaycan ilə Meksika arasında diplomatik konflikt yaradıblar.

Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Deputatlar Palatasına 25 oktyabr tarixində rəsmi məktubla müraciət edərək Dağlıq Qarabağda separatist rejimin tanınmamasının bir daha bildirilməsini, ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcək bu kimi təxribatların bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsini xahiş edib.

24 oktyabr tarixində Morena deputatları Marqarita Kuata və Karlos Hernandes Miron və PRD partiyasından olan deputat Mariya Kristina Bravo Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bu regiona səfər ediblər. Həmin səfər Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə həyata keçirilib.

Meksika tərəfindən qrupun həmsədri Morenalı Marqarita Kuatanın Ermənistanı dəstəkləyən bəyanatlar və Azərbaycan tərəfindən icazə olmadan bu ölkənin ərazisinə səfərləri millət vəkillərinin persona non qrata elan edilmələrinə gətirib çıxardı.

Azərbaycan tərəfindən təqdim olunmuş məktubda “Adıçəkilən Meksikalı millət vəkilləri tərəfindən bu provokativ və qəbuledilməz hərəkət Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri ruhuna ziddir və onun məqsədi şübhəsiz ki, həmin münasibətlərə zərər yetirməkdir” deyərək qeyd olunur.

Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri deputat Viktor Giorxana Azərbaycan tərəfinin məsələ ilə bağlı çox ciddi narahatlığını təsdiq etdi və Deputatlar Palatasından həmin səfərin pislənilməsini tələb etdiyini dedi. Eyni zamanda o, məsələnin həll olunacağını dedi və Deputatlar Palatası rəhbərliyinin sözügedən səfərin qeyri-rəsmi xarakter daşıdığını bildirdiyini vurğuladı. O, deputatların “məsələnin incəliyindən xəbərdar olmalı olduqlarını deyərək Ermənistana səfər etdikdə digər ölkənin işğal olunmuş ərazisinə keçərkən bunun nə nəticələrə gətirib çıxara biləcəyi barədə düşünməli idilər” deyərək bildirib. (http://www.milenio.com/politica/Legisladores-Morena-PRD-diplomatico-Azerbaiyan_0_1067893603.html)

 “El Universal” qəzeti isə yazıb ki, meksikalı millət vəkilləri Azərbaycanın protestinə səbəb olublar.

Qeyd edilib ki,  federal deputatlar Marqarita Kuata (Morena), Karlos Hernandes Miron (Morena) və Mariya Kristina Bravo (PRD) 1992-ci ildən Ermənistanın hərbi işğalı altında olan Dağlıq Qarabağ regionuna Azərbaycan Hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər

Bu səbəbdən Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Xarici Əlaqələr Katibliyinin (Xarici İşlər Nazirliyi) Avropa Baş İdarəsinin rəisi ilə görüş xahiş edib. Görüşdə o, “Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan qanuncvericiliyi və Meksika Xarici Əlaqələr Katibliyinin rəsmi səhifəsində regiona səfərlə bağlı xəbərdarlıqlara məhəl qoymadan” səfərlə bağlı ciddi narahatlığını ifadə edib.

Deputatlar 21-28 oktyabr tarixlərində Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə Ermənistanda olub. Azərbaycan nümayəndəsi Meksikalı deputatların münaqişədən xəbərli olmalı olduqlarını deyərək, bu kimi halların gələcəkdə qarşısının alınması üçün həmin qeyri-qanuni səfərin araşdırılması və Meksikanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini bir daha səsləndirilməsini xahiş edib.

Bununla bağlı Xarici Əlaqələr Katibliyi Deputatlar Palatasının sədri Karlos Ramirez Marinə məktub göndərərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət BMT tərəfindən baxılıb. Bununla bağlı BMT TŞ 1993-cü ildə dörd qətnamə qəbul edib. Bu qətnamələrdə ilk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tanınır, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı təsdiqlənir, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb edilir”. (http://www.eluniversal.com.mx/nacion/diputados-mexicanos-desatan-protesta-de-azerbaiyan)

“Excelsior” qəzeti isə deputatların qeyri-qanuni səfərləri  ilə Meksika-Azərbaycan münasibətlərinə zərər yetirdiklərini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marindən bu səfərin araşdırılmasını tələb edib. O, bu provokativ və qəbuledilməz hərəkətin Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri ruhuna zidd olduğunu və onun məqsədinin şübhəsiz ki, həmin münasibətlərə zərər yetirmək olduğunu deyib. 

http://www.excelsior.com.mx/nacional/2017/11/16/1201800

Bir sıra digər media resursları və radio vasitəsilə də bu məsələni işıqlandırılıb.

(http://www.20minutos.com.mx/noticia/298598/0/preocupa-a-azerbaiyan-visita-ilegal-de-diputados-de-morena-y-prd/

http://www.ejecentral.com.mx/diputados-de-prd-y-morena-causan-conflicto-diplomatico-con-azerbaiyan/ (burada hətta məsələ ilə bağlı Deputatlar Palatasının sədrinə Səfirliyin rəsmi məktubunun surəti əlavə olunub).

 

 

 

Paylaş:
1121

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”04 / 07 / 2024, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olub04 / 07 / 2024, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib04 / 07 / 2024, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH04 / 07 / 2024, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edib04 / 07 / 2024, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdi04 / 07 / 2024, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladı04 / 07 / 2024, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib04 / 07 / 2024, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEO04 / 07 / 2024, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədi04 / 07 / 2024, 13:54
Bütün xəbərlər