Göygöldə yaşamış sonuncu almanın ev muzeyi yaradılacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə yaşamış sonuncu almanın ev muzeyi yaradılacaq – FOTO

12:41 - 17 / 11 / 2017
Göygöldə yaşamış sonuncu almanın ev muzeyi yaradılacaq – FOTO

Göygöl şəhərinin sonuncu alman sakini Viktor Klaynın vaxtilə yaşadığı mənzil ev muzeyi və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.

Bunu Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova AZƏRTAC-a müsahibəsində deyib.

Kəmalə İbrahimova bildirib ki, Göygöl rayonunda Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Kəmalə İbrahimova qeyd edib ki, Viktor Klayn Göygöldə yaşayan sonuncu alman olub. O,1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə 72 yaşında vəfat edib. Ata-babalarından miras qalmış evi və məişət əşyalarını satın almaq istəyənlər olsa da, Viktor onların heç birini satmayıb. Hazırda həmin əşyalar mənzildədir və rayon rəhbərliyi tərəfindən qorunur.

Mənzilin restavrasiyasından və gələcək fəaliyyət istiqamətlərindən danışan Kəmalə İbrahimova deyib ki, Viktor Klaynın evi və içindəki hər bir əşya olduğu kimi qorunub saxlanılsa da, bu mənzillə eyni həyətdə olan və Klaynın babalarına məxsus digər iki mənzil sonradan satılıb. Muzeyin həm də daha geniş mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə həyətdəki digər evlər geri alınıb, sakinlər isə başqa mənzillərlə təmin olunublar.

Kəmalə İbrahimova deyib ki, təmir olunduqdan sonra mənzil rayonun turizm marşrutuna salınacaq və qeydiyyata alınmış bütün əşyalar muzeyin eksponatları kimi nümayiş etdiriləcək. Həmçinin muzey mədəni mərkəz kimi Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və ölkədə hökm sürən multikultural mədəni mühitin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, indiki Göygöl şəhərinin əsası 1819-ci ildə Almaniyanın Virtemberq knyazlığından bu əraziyə mühacirət etmiş koloniyaçılar tərəfindən qoyulub. Qısa vaxtda 118 ailə Helenendorf (indiki Göygöl) şəhərində 6 küçə salıb və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikib. Almanlar məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs, eləcə də Azərbaycanda şəhərsalma mədəniyyətinə vermiş olduqları dəyərli töhfələr Göygöl şəhərində bu günədək qorunub saxlanılıb.

1news.az

Paylaş:
1308

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər