Hərbi Akademiyada təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib – FOTO
Silahlı Qüvvələrin Hərbi Akademiyasının təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, buraxılış mərasimlərində ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Akademiyanın professor-müəllim heyəti ilə yanaşı, ABŞ-ın ölkəmizdəki hərbi attaşesi, polkovnik Adam Kavlik də iştirak edib.
Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.
S.Xankişiyeva
728