Siyəzəndə “Mercedes” işıq dirəyinə çırpılıb: ölən və yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə “Mercedes” işıq dirəyinə çırpılıb: ölən və yaralanan var

19:42 - 19 / 11 / 2017
Siyəzəndə “Mercedes” işıq dirəyinə çırpılıb: ölən və yaralanan var

Siyəzəndə yol qəzası baş verib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisində "Mercedes" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

S.Xankişiyeva

 

Paylaş:
766

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər