Qaxda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
11.22
Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur.
Əlavə məlumat veriləcək.
S.Xankişiyeva
814