Fransada polis üç nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb
Fransanın İl-de-Frans bölgəsində yerləşən Sarsel bələdiyyəsində polis əməkdaşı üç nəfəri güllələyərək qətlə yetirib, bir neçə nəfəri yaralayıb.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, hadisə şənbə gününə keçən gecə ratuşa binası yaxınlığında qeydə alınıb.
Nəşrin məlumatına görə, ardınca polis intihar edib.
İlkin fərziyyəyə görə, söhbət məişət zəminində baş verən hadisədən gedir. Yaralananlardan biri polisin keçmiş sevgilisi və onun anası olub, həmçinin ölənlərdən biri qadının atasıdır.
S.Xankişiyeva
651