İtaliya Futbol Federasiyasının prezidenti istefa verib | 1news.az | Xəbərlər
Futbol

İtaliya Futbol Federasiyasının prezidenti istefa verib

20:46 - 20 / 11 / 2017
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verib.

1news.az-ın məlumatına görə, buna qurumun bugün keçirilən iclasında qərar verilib.

74 yaşlı funksionerin istefaya göndərilməsinə səbəb İtaliya millisinin DÇ-2018-dən kənarda qalması olub.

Tavekkionu keçmiş hakim Pyerluici Kollinanın əvəzləyəcəyi gözlənilir. Bununla bağlı qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, İtaliya millisi pley-offda İsveçə uduzmaqla (0:1) son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.

1news.az

Paylaş:
689

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər