Lavrov: Rusiya-ABŞ münasibətlərinin Qarabağ tənzimlənməsinə təsiri yoxdur
Rusiya ilə ABŞ arasındakı mövcud fikir ayrılıqlarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair iki ölkənin əməkdaşlığına təsir göstərməyib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda ADA Universitetində çıxışı zamanı deyib
"Bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına heç bir təsiri yoxdur. Dağlıq Qarabağ nizamlanması ona görə unikaldırki, ABŞ-la çox sahələrdə əməkdaşlığımız dalana dirənsə də, bütün bunların bu istiqamətdə əməkdaşlığımıza təsiri olmayıb”.
P.Sultanova
799