Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

20:31 - 21 / 11 / 2017
Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar noyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti, Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək, yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

1news.az

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər