Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb - FOTO

22:13 - 21 / 11 / 2017
Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 21-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 22 min 500 kvadratmetr ərazi tam təmizlənib. 3 min 400 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Bir partlamamış hərbi sursat - UZRQM aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 45 nəfər iştirak edir.

Beş gün ərzində üç partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı və bir ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkarlanıb, 75 min 500 kvadratmetr ərazi tam təmizlənib, 24 min 900 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 21-dək, ümumilikdə, 7519 partlamamış hərbi sursat, tank əleyhinə 203 mina və piyada əleyhinə 33 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 4 milyon 850 min 192 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər