İmtahanı təxirə salmaq üçün prezidentin saytını ələ keçirdi | 1news.az | Xəbərlər
Dünya

İmtahanı təxirə salmaq üçün prezidentin saytını ələ keçirdi

11:57 - 21 / 11 / 2017
İmtahanı təxirə salmaq üçün prezidentin saytını ələ keçirdi

Şri-Lankada yaşayan 17 yaşlı yeniyetmə yaxınlaşan imtahanın ertələnməsi üçün dövlət başçısı Maithripala Sirisenanın rəsmi saytını hak edib.

1news.az-ın The Guardian-a istinadla verdiyi xəbərə görə, gənc haker prezidentin səhifəsini ələ keçirməklə qalmayıb, “A level” imtahanların ertələnməsi tələbini səhifədə yerləşdirib.

Bir həftə bağlı qalan sayt, bazar ertəsi yenidən bərpa olunub. Kiber hücumu araşdıran polislər hücumun Kadugannava adlı ərazidə yerləşən evdən həyata keçirildiyini ortaya çıxarıblar.

Qeyd edək ki, Şri-Lankada kiber hücumlara qarşı cəza tədbirlərinə görə, gənc haker 2000 dollar təzminat ödəməli və ya da 3 il həbs cəzası çəkməlidir.

S.Xankişiyeva

 

 

Paylaş:
634

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər