Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb

18:32 - 23 / 11 / 2017
Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb

Müdafiə Nazirliyi Azərbaycanın ordusunun əsgərinin meyitinin təmas xəttində tapılması barədə məlumat yayıb.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər