Hikmət Hacıyev: Aİ-nin Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü məsələsi bir daha dəstəkləndi | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Aİ-nin Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü məsələsi bir daha dəstəkləndi

11:45 - 25 / 11 / 2017
Hikmət Hacıyev: Aİ-nin Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü məsələsi bir daha dəstəkləndi

Ermənistanın və erməni lobbi dairələrinin ciddi-cəhdlərinə baxmayaraq, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir:

“Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”.

Sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir.

Bu sözləri Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamənin əhəmiyyəti ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, o deyib:

“Bəyanatda Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına da istinadlar öz əksini tapıb. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi və dəstəklənməsi ən ümdə prinsiplərdən biri kimi qeyd edilib.

Qeyd edək ki, Sammitdən bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində anti-Azərbaycan qüvvələrin dəstəyi ilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu. Ermənistan tərəfi gülünc formada ermənipərəst lobbi dairələrinin dəstəyi ilə ərsəyə gələn bu tövsiyə sənədini Ermənistan diplomatiyasının qələbəsi kimi təqdim edirdi. Brüssel Sammitində qəbul olunan Birgə Bəyannamədə bu “tövsiyə”lərin heç biri öz əksini tapmadı.

Sammitdən əvvəl Ermənistanın hakim Respublika partiyasının da daxil olduğu Avropa Xalq Partiyasının Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq partiyaları ilə qurultayı keçirilmişdi. Bu qurultayda qəbul edilmiş yekun bəyanatda da Avropa İttifaqı və üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünə birmənalı dəstəyi bir daha ifadə olunub. Ermənistanın hakim Respublika partiyası bəzi ermənipərəst qüvvələrin cəmləşdiyi Avropa Xalq Partiyasının yekun bəyanatına qeyd-şərt qoyub.

Bununla bərabər, Ermənistan rəhbərliyinin Şərq Tərəfdaşlığı ölkələrinin sammitindəki çıxışı bir daha onu nümayiş etdirir ki, Ermənistanin siyasi rəhbərliyi müasir beynəlxalq münasibətlərin inkişaf tendensiyalarından tamamilə uzaqdır və onlar hələ də II Dünya müharibəsinin hərbi diktatorlarının təfəkkürünə malikdirlər. Onların müasir reallıqdan kənar düşüncə tərzləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas problemdir”.

S.Xankişiyeva

 

Paylaş:
722

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər