Sahibə Qafarova: Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir

10:32 - 29 / 11 / 2017
Sahibə Qafarova: Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Avropa İttifaqı ilə əlaqələrimiz çoxşaxəlidir, müxtəlif istiqamətləri əhatə edir.

Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekunlarına münasibət bildirən Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin Sammitin plenar sessiyasında çıxışı zamanı da qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini Aİ-yə üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik illərində Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, həm Avropa İttifaqının Azərbaycanla münasibətlərin inkişafına verdiyi əhəmiyyəti göstərir, eyni zamanda, ölkəmizlə bu illər ərzində həyata keçirilən islahatlar nəticəsində yaranmış əlverişli investisiya mühitinin cəlbediciliyini nümayiş etdirir. Bunun nəticəsidir ki, Avropa şirkətləri Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir və maliyyə vəsaiti yatırırlar.

Sahibə Qafarova deyib ki, Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin bu istiqamətdə oynadığı rol yüksək qiymətləndirilir. Avropa İttifaqının üzvü olan bəzi ölkələrin enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Azərbaycanın qaz yataqları Avropa üçün ən yeni və böyük potensiala malik qaz mənbəyi kimi dəyərləndirilir.

Siyasi, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişafını yüksək qiymətləndirən Milli Məclisin deputatı bildirib ki, ölkəmizdə demokratik islahatların həyata keçirilməsində, qanunvericilik bazasının təkmilləşdirilməsində Avropa İttifaqı ilə əməkdaşlığın mühüm rolu olub.

Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə münasibət bildirən Sahibə Qafarova deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifədir. Bu mənada istənilən beynəlxalq təşkilat tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı məsələnin dəstəklənməsi, bununla bağlı qəbul edilən beynəlxalq sənədlər Azərbaycan dövlətinin və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun parlaq uğuru kimi dəyərləndirilməlidir. İclasda çıxışı zamanı Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Ona görə də Birgə Bəyannamədə belə bir bəndin xüsusi vurğulanması, Ermənistan rəsmilərinin təxribat cəhdlərinə baxmayaraq, bu məsələnin sənədə daxil edilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur.

“Həm bu, həm də sadaladığımız digər faktlar fonunda belə bir fikri ifadə edə bilərik ki, Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı və çıxışı, həmçinin Sammitin yekununda qəbul olunan Birgə Bəyannamə Azərbaycanın milli maraqlarının həyata keçirilməsi baxımından olduqca əlamətdardır və Azərbaycanın daha bir parlaq uğuru kimi xarakterizə edilir”, - deyə Sahibə Qafarova vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
501

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər