“Azerfon”a yeni baş icraçı direktor təyin olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azerfon”a yeni baş icraçı direktor təyin olunub

17:55 - 05 / 12 / 2017
“Azerfon”a yeni baş icraçı direktor təyin olunub

Dekabrın 5-də “Azerfon” MMC (“Nar”) Dr. Qunnar Pankenin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib.

1news.az-a şirkətdən verilən xəbərə görə, “Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, cənab Panke İran telekommunikasiya şirkətində (TCI) strategiya, marketinq və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb.

O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 illik təcrübəyə malikdir. Qunnar Panke Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanmışdır. Biznes strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinqi sahəsində dərin bilik və təcrübəyə sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır.

Qeyd edək ki, “Azerfon” şirkətinin sabiq baş icraçı direktoru Dr. Klaus Müller yeni karyera imkanları ilə əlaqədar şirkətdən ayrılıb. Onun şirkətə rəhbərlik etdiyi dövr ərzində “Azerfon” biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi baxımından əhəmiyyətli nailiyyətlərə imza atıb.

“Azerfon” istedadlı və peşəkar kadrlardan ibarət bir kollektivdir. Bu komanda ilə və şirkətin baş icraçı direktoru vəzifəsində çalışdığım müddət ərzində əldə etdiyimiz nəticələrə görə qürur hissi keçirirəm. İnanıram ki, Qunnar Pankenin rəhbərliyi altında şirkət yeni zirvələr fəth edəcək”, – deyə Klaus Müller yeni təyinatı şərh edərkən vurğulayıb.

Müsbət tendensiyanın davam etdirilməsi məqsədilə yeni təyin olunmuş baş icraçı direktor Qunnar Panke də, öz növbəsində, fikirlərini bölüşüb: “İlk öncə, mən cənab Klaus Müllerə dərin təşəkkürümü bildirirəm. Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi strategiyasına sadiq qalacağıq”.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

S.Xankişiyeva

 

Paylaş:
591

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər