Azərbaycan vətəndaşı nikbindir: Onun sabahından narahat olmağa heç bir əsası yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan vətəndaşı nikbindir: Onun sabahından narahat olmağa heç bir əsası yoxdur

14:45 - 06 / 12 / 2017
Azərbaycan vətəndaşı nikbindir: Onun sabahından narahat olmağa heç bir əsası yoxdur

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Nideraldın ING maliyyə holdinqinin tərəfdaşı olan ACT LLC humanitar təşkilatı Azərbaycanla bağlı sorğu aparıb. ING maliyyə holdinqinin analitik məruzəsində yer alan sorğunun nəticələrində maraqlı məqamlar yer alıb. Məlum olub ki, rəyi soruşulanların 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar 45 faizin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur.

Araşdırmanın nəticələrinə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət də təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.

Millət vəkili Aydın Mirzəzadə 1news.az-a açıqlamasında belə bir nəticənin ortaya çıxmasının gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, bu gün hər bir azərbaycanlı özünün, ailəsinin təhlükəsizliyinin dövlət  dövlət tərəfindən qorunduğunu, mülkiyyətinə sahibliyinə dövlətin zəmanət verdiyini görür:

“Eyni zamanda vətəndaş sosial- iqtisadi məsələlərin həllini görür, təhsilin səviyyəsinin yüksəldiyinin şahidi olur. Bu baxımdan vətəndaş öz dövlətinə inanır, sabaha inamla baxır və hakimiyyətinin daha uzun müddət olmasında maraqlıdır”.

Millət vəkilinin fikrincə, rəy sorğusunun kənar müstəqil bir qurum tərəfindn aparılmasının özü göstərir ki, bu, məsələdə Azərbaycan xalqının böyük əksəriyyəti hakimiyyətin yanındadır və sabaha inamla yaşaması onun üçün mübahisə doğurmayan bir məsələdir:

“Hər bir kəs bu günü və sabahı necə görməsinin qiymətini ilk növbədə özünün olduğu şəraitin, mühitin xarakteristikasına görə verir.  Bu xarakteristika isə ona deyir ki, dövlət insanların sosial problemlərinin həlli, vətəndaşlarının gələcəyi üçün böyük işlər görüb, iş yerləri yaradılır. Ölkə Prezidenti mütamadi olaraq regionlara səfərlər edir, yeni obyektlərin açılışlarını həyata keçirir. Regionlarda inşa edilən yeni məktəblər, xəstəxanalar heç də paytaxtdakı müvafiq obyektlərdən geri qalmır. Həmçinin, bu gün ölkə vətəndaşları qonşu dövlətlərdəki vəziyyəti görərək,  Azərbaycandakı təhlükəsizliyin və sabitliyin böyük səylər nəticəsində yarandığını və bunun həyatının bir hissəsi olduğunu fikirləşir. Bu gün hər bir Azərbaycan vətəndaşı bu stabilliyin, bu fəaliyyətin içində özü də iştirak edir. İndiki dövrün yaranmasında onun özünün də əməyi vardır. Bu baxımdn rəy sorğusunun nəticlərini real hesab edirəm bu, heç kəsi təəccübləndirməli deyil”.

A.Mirzəzadə vurğulayıb ki,  insanların gələcəyə nikbin baxması da təbiidir: “Çünki əgər vətəndaş bu günüdən razıdırsa, sabahın daha yaxşı olacağına şübhəsi yaranmır. Həmçinin, onun sabahından narahat olmasına da hər hansı bir əsas yoxdur. İnsan bugünkü gününü və ailəsinin sabahında problem olmayacağını bilir və bu situasiyanın qalmasında maraqlı olduğunu açıqlayır”.

Millət vəkili  hesab edir ki, bu gün tək ölkə vətəndaşları deyil, həm də xarici investorlar, böyük maliyyə qurumları Azərbaycandakı sabitliyi, təhlükəsizliyi, dayanaqlı inkişafı yüksək qiymətləndirirlər:

“Bütün bunların əsası 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qoyuldu. Azərbaycada dövlətin möhkəmləndiriməsi, islahatların aparılması, hüquqi demokratk dövlətin qurulması, xarici investorların da ölkəmizlə bağlı ciddi planlarının yaranmasına səbəb oldu. İldən ilə ölkəmizə sərmayə qoyanların, təklif etdiyimiz böyük layihələrdə iştirak etmək istəyən şirkətlərin sayı artır. Azərbaycana gələn turistlərin də sayında çox ciddi dəyişiklik, artım var.Bir sözlə, ölkəmizdə stabilliyin və təhlükəsizliyin qorunması müsbət nəticələrin yaranmasına səbəb oldu”.

1news.az

 

Paylaş:
931

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər