Mərkəzi Bankın valyuta ehtiyatları bu il 32% artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
1news.az AMB-yə istinadla xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.
Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 53,5 mln. dollar və ya 1,02% artıb.
Cari ilin əvvəlindən artım 1 mlrd. 279,8 mln. dollar və ya 32,2% olub
1news.az
589