Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti azaldılır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti azaldılır

15:41 - 06 / 12 / 2017
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti azaldılır

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

1news.az APA-ya istinadla xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər