Məmmədyarov və Nalbandyan bu gün Vyanada görüşür | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov və Nalbandyan bu gün Vyanada görüşür

09:22 - 06 / 12 / 2017
Məmmədyarov və Nalbandyan bu gün Vyanada görüşür

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

1news.az  xəbər verir ki, dünən bu məqsədləE.Məmmədyarov  Vyanaya işgüzar səfərə yola düşüb. 

Nazir səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcək, həmçinin dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

Görüşdə  Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.

P.Sultanova

 

 

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər