Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 62,20 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 56,66 dollar təşkil edib.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,50 dollar bahalaşaraq 64,42 dollar olub.
Babək Cahandarov
145