“Cross Border Club”u Azərbaycanı ilin ən uğurlu istiqaməti elan edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Cross Border Club”u Azərbaycanı ilin ən uğurlu istiqaməti elan edib

09:57 - 08 / 12 / 2017
“Cross Border Club”u Azərbaycanı ilin ən uğurlu istiqaməti elan edib

Yaponiyanın “Cross Border Club” (“Sərhədləri Aşanlar Klubu”) şirkəti 2017-ci ilin yekun toplantısında Azərbaycanı ilin ən uğurlu istiqaməti elan edib.

1news.az xəbər verir ki, şirkətin təşkil etdiyi toplantıya Yaponiyanın müxtəlif prefekturalarında fəaliyyət göstərən yapon biznesmenlər, Azərbaycan diasporunun fəalları, digər ölkələrin iş adamları qatılıblar.

Tədbiri açan şirkətin baş meneceri Kazuyasu İşida bildirib ki, başa çatmaqda olan il şirkət üçün uğurlu olub. Dünyanın bir çox ölkələri ilə iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr uğurla həyata keçirilib. 2017-ci ildə Azərbaycanın əsas istiqamət kimi seçildiyi və Bakıda “Japan Expo-2017” yapon məhsulları sərgisinin böyük müvəffəqiyyətlə təşkil edildiyi xüsusi vurğulanıb. Bir neçə il ərzində aparılan danışıqlar, təşkil edilən seminarlar öz müsbət nəticəsini verib. Oktyabrın sonlarında Bakı Biznes Mərkəzində təşkil edilən sərgidə Yaponiyanın müxtəlif prefekturalarının 60-dan çox şirkətini təmsil edən 200-dən çox iş adamının qatıldığı sərgi zamanı qarşılıqlı işgüzar əlaqələr qurulub, birgə layihələrin icrasına başlanıb. Sərginin nəticəsi olaraq Bakıda yapon məhsullarının təqdim edildiyi ilk “Show room” təşkil edilib. Yapon məhsullarının Bakıda davamlı şəkildə təqdimi ilə yanaşı, Tokioda da Azərbaycan məhsullarının sərgisinin təşkili barədə qərar qəbul edilib. Bu, yüksək keyfiyyəti və təbiiliyi ilə seçilən Azərbaycan məhsullarının Yaponiyada daha geniş tanınmasına şərait yardacaq.

İlin yekunlarına həsr edilən toplantıya qatılan yapon iş adamı, “Takeuma LLC” şirkətinin baş direktoru Akira Çikuan  bildirib ki, ilk dəfə səfər etdiyi Azərbaycan, xüsusən də Bakı müasir inkişafı, özünəməxsus memarlığı ilə onu valeh edib: “Böyük müvəffəqiyyətlə keçən sərgi günlərində azərbaycanlıların yüksək qonaqpərvərliyinin, isti münasibətinin şahidi oldum. İki gün davam edən sərgiyə 10 mindən çox ziyarətçinin gəlməsi burada Yaponiyaya böyük marağı olduğunu təsdiq edirdi. Məni ən çox insanlarınızın mehribanlığı, zəngin mədəniyyətiniz və çox dadlı mətbəxiniz heyran etdi. Bakının gözəlliyini sözlə ifadə etmək çox çətindir, müasir və qədim arxitekturanın uğurlu vəhdəti çox xoşuma gəldi. Böyük məmnuniyyətlə Azərbaycan ilə əlaqədar növbəti layihələrdə iştirak etməyi düşünürəm”.

Əcnəbi ölkələrə sərmayələrin yönəldilməsi üzrə konsaltinq şirkətinin prezidenti Hiroyaki Nakano isə bildirib ki, sərgi onların şirkəti üçün də uğurlu olub. Belə ki, Bakıda təşkil edilən sərgi zamanı qarşılıqlı maraq doğuran birgə layihələrin həyata keçirilməsi barədə danışıqlar aparılıb. “Sevinirəm ki, sərginin nəticəsi olaraq yaranan ticari-iqtisadi əməkdaşlıq həm də xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Bu isə qarşılıqlı səfərlərin artmasına, bir-birimizi daha yaxından tanımağa imkan yaradacaq. Bildiyimə görə, tezliklə Yaponiya ilə Azərbaycan arasında birbaşa reyslərin açılması da nəzərdə tululur. Bu, bizə Şərq ilə Qərbin, eyni zamanda Cənub ilə Şimalın qovşağında yerləşən Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirməyə imkan yaradacaq. Ölkələrimiz arasında inkişaf edən bu əməkdaşlıq isə xalqlarımızın rifahına xidmət edəcək”, - deyə H.Nakano bildirib.

1news.az

 

 

 

 

Paylaş:
551

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər