İlham Əliyev: Azərbaycanla Rusiya arasında parlamentlər səviyyəsində əməkdaşlıq genişləndirilməlidir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycanla Rusiya arasında parlamentlər səviyyəsində əməkdaşlıq genişləndirilməlidir

10:55 - 11 / 12 / 2017
İlham Əliyev: Azərbaycanla Rusiya arasında parlamentlər səviyyəsində əməkdaşlıq genişləndirilməlidir

Prezident İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğuladı. Dövlətimizin başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirdi.

Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu dedi.

Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirdi ki, bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad edilir.

Dövlətimizin başçısı İlham Əliyev Vyaçeslav Volodinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dövlət Dumasının sədrinə çatdırmağı xahiş etdi.

S.Xankişiyeva

Paylaş:
645

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər