Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb - FOTO

18:11 - 12 / 12 / 2017
Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 12-də Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes ilə görüşüb.

1news.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti noyabr ayında Parisdə Bakının Ümumdünya “Expo-2025” sərgisinə namizəd şəhər olması ilə bağlı qəbulun təşkil edildiyini, həmçinin Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo 2025”in təqdimatının keçirildiyini xatırlatdı. Mehriban Əliyeva məmnuniyyətlə qeyd etdi ki, ölkəmiz son illər Beynəlxalq Sərgilər Bürosu ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanın beynəlxalq sərgilərdə uğurla iştirak etdiyini deyən Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesin bu sərgilərin keçirilməsinə dəstəyini xüsusi vurğuladı. Ümumdünya “Expo-2025” üçün Bakının da öz namizədliyini irəli sürdüyünü deyən Birinci vitse-prezident ölkəmizin bu sahədə zəngin təcrübəsini qeyd etdi. Bildirdi ki, son illərdə Bakı bir neçə beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. “Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi göstərir ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq”, - deyən Mehriban Əliyeva “Expo-2025”in Bakıda təşkili təşəbbüsünün həm dövlət qurumları, həm hökumət, həm də cəmiyyət tərəfindən dəstəkləndiyini vurğuladı. Birinci vitse-prezident ölkəmizin sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusunun dünya üçün aktuallığını qeyd etdi. Dimitri Kerkentzesin ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini deyən Mehriban Əliyeva onun “Expo-2025” sərgisi ilə bağlı təkliflərinin və tövsiyələrinin ölkəmiz üçün çox faydalı olacağına əminliyini ifadə etdi. Bildirdi ki, gələn il ölkəmizi növbəti mərhələ - qiymətləndirmə missiyasını qəbul etmək və görülən işlər barədə məlumat təqdim etmək gözləyir. Bu baxımdan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavininin ölkəmizə səfəri böyük əhəmiyyətə malikdir.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Dimitri Kerkentzes qeyd etdi ki, Azərbaycan dövlətinin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın Bakının “Expo-2025”ə namizədliyini irəli sürməsi ilə bağlı tədbirləri dəstəkləməsi Azərbaycanın bu layihəyə önəm verdiyini nümayiş etdirir.

1news.az

Paylaş:
1047

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər