Ən sürətli enerji toplayan smartfon məlum oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ən sürətli enerji toplayan smartfon məlum oldu

18:10 - 13 / 12 / 2017
Ən sürətli enerji toplayan smartfon məlum oldu

Çinin “OnePlus 5T” smartfonu rəqiblər arasında ən sürətli enerjidoldurma funksiyasına malikdir. Belə ki, qabaqcıl smartfonun batareyası 30 dəqiqə ərzində 53 faiz, 1 saat müddətində isə 100 faiz enerji toplayır.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bununla bağlı keçirilən sınaqlarda iştirak edən bütün modellər sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Smartfonları enerji şəbəkəsinə qoşduqdan 30 dəqiqə və 1 saat sonra akkumulyatorun enerji səviyyəsini yoxlayıblar. “OnePlus”a ən yaxın rəqiblər “LG V30”un həmin vaxt ərzində topladığı enerji müvafiq olaraq 53 və 68 faiz, “iPhone X”ın isə 50 və 81 faiz olub.

“Samsung Galaxy Note 8” smartfonu sınaqlarda sonuncu yeri tutub. Belə ki, 30 dəqiqə müddətində smartfonun batareyası yalnız 35 faiz enerji toplayıb.

1news.az

Paylaş:
793

Son xəbərlər

Bütün xəbərlər