İlham Əliyev Qətər əmirini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qətər əmirini təbrik edib

16:12 - 16 / 12 / 2017
İlham Əliyev Qətər əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər