Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər

12:13 - 17 / 12 / 2017
Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər

Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: "Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər də açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir və ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın".

Azərbaycana turist axınının artmasından danışan N.Bağırov qeyd edib ki, gözlənildiyi kimi 2017-ci il ölkəyə turistlərin cəlb olunması baxımından əhəmiyyətli oldu: "Ölkəmiz təkcə MDB və ərəb ölkələrindən olan turistlər arasında yox, həm də avropalı turistlər arasında populyarlıq qazanmağa başlayır. Fikrimcə, gələn il də Azərbaycana turist axını artmaqda davam edəcək. Bundan başqa, 2018-ci ildən başlayaraq biz Avropadan da turist axınının artmasını gözləyirik".

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin 11 ayı ərzində ölkəyə 2 477 908 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 413 684 nəfər və ya 20 faiz çoxdur.

S.Xankişiyeva

Paylaş:
486

Son xəbərlər

Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01
Bütün xəbərlər