“Swisscom” şirkəti qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığı dayandırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Swisscom” şirkəti qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığı dayandırıb

09:14 - 18 / 12 / 2017
“Swisscom” şirkəti qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığı dayandırıb

İsveçrənin “Swisscom” şirkəti “Karabakh Telecom” ilə əməkdaşlığı dayandırıb.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, bu ölkənin aparıcı mobil operatoru “Swisscom” şirkətinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə əməkdaşlığı barədə məlumat əldə edən səfirlik həm “Swisscom” şirkətinin rəhbərliyi, həm də İsveçrə Konfederasiyasının müvafiq dövlət qurumları ilə davamlı iş aparıb.

“Karabakh Telecom” şirkətinin fəaliyyətinin qanunsuzluğu və işğal olunmuş ərazilərimizdə Ermənistanın ölkə kodu ilə fəaliyyət göstərdiyi, bu qanunsuz hərəkəti ilə işğal faktını qanuniləşdirməyə çalışdığı qarşı tərəfə izah edilib. Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının ölkələrimiz arasında dost münasibətlərə xələl gətirdiyi diqqətə çatdırıb.

Qeyd edək ki, “Swisscom” şirkətinin səhmlərinin nəzarət paketi İsveçrə hökumətinə məxsus olsa da, şirkət idarəetmədə muxtariyyətə malikdir. Bu baxımdan, İsveçrə Federal Xarici İşlər Departamentindən “Swisscom”un “Karabakh Telecom” ilə rominq tərəfdaşlığı barədə məlumatsız olduqlarını və yalnız səfirliyimizin bu barədə bildirişindən sonra bu məlumata yiyələndiklərini etiraf ediblər. “Swisscom”un öz işini biznes qaydaları və maraqları çərçivəsində qurduğu və siyasətə qətiyyən qarışmadığı qeyd edilsə də, Azərbaycan səfirliyinin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, məsələnin xalqımız üçün həssaslığını və ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, “Swisscom”un “Karabakh Telecom” ilə əməkdaşlığına xitam verilməsi barədə qərar qəbul edilib.

S.Xankişiyeva

 

Paylaş:
629

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər