DTX və XKX-nin dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib | 1news.az | Xəbərlər
Rəsmi

DTX və XKX-nin dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib

22:47 - 18 / 12 / 2017
DTX və XKX-nin dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib.

1news.az-ın məlumatına görə, bu, bu gün prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında" sərəncamında əksini tapıb.

Bu sahədə terrorçuluqla mübarizə, dənizdə hüquq mühafizə fəaliyyəti vəzifələrinin yerinə yetirilməsində DTX Daxili İşlər Nazirliyi ilə birlikdə əsas, XKX Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti və digər neft şirkətləri, Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə dəstək tipli dövlət qurumu statusunda çıxış edəcək. Bununla bərabər, dənizdə ərazi bütövlüyünün və suverenliyin qorunması, dənizdə enerji infrastrukturunun mühafizəsi, dənizdə məlumatların toplanması və təhlili, Azərbaycanın ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, Azərbaycan donanmasının səfərbərlik hazırlığının təmin edilməsi vəzifələrinin yerinə yetirilməsində DTX və XKX dəstək tipli dövlət qurumu funksiyasını yerinə yetirəcək.

1news.az

Paylaş:
1538

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər