Bakıda özəl klinikada ölüm hadisəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özəl klinikada ölüm hadisəsi

11:03 - 18 / 12 / 2017
Bakıda özəl klinikada ölüm hadisəsi

Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib. 

1news.az lent.az-a istinadla xəbər verir ki, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən “Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

1news.az

 

Paylaş:
2406

Son xəbərlər

Bütün xəbərlər