Azərbaycan Beynəlxalq Bankı “ASAN xidmət” mərkəzlərində nağdsız ödənişləri təmin etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “ASAN xidmət” mərkəzlərində nağdsız ödənişləri təmin etdi

17:00 - 19 / 12 / 2017
Azərbaycan Beynəlxalq Bankı “ASAN xidmət” mərkəzlərində nağdsız ödənişləri təmin etdi

Bakıda fəaliyyət göstərən 1, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının POS-terminalları quraşdırılıb.

Vətəndaşlar bu imkandan faydalanaraq Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə ödənişləri, o cümlədən büdcə ödənişlərini ölkəmizdəki bütün bankların plastik kartları vasitəsilə nağdsız qaydada yerinə yetirə bilərlər.

Belə bir yenilik, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülən işlərin nəticəsidir.

Qeyd edək ki, bu məqsədlə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir sıra dövlət qurumlarının iştirakı ilə müvafiq İşçi Qrupu yaradılıb. İşçi Qrupunda “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankı da təmsil olunur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

 

 

 

 

 

 

 

Paylaş:
501

Son xəbərlər

NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11
Bütün xəbərlər