DTX Mədəniyyət Mərkəzinin əməkdaşları təltif edilib - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

DTX Mədəniyyət Mərkəzinin əməkdaşları təltif edilib - SİYAHI

18:43 - 19 / 12 / 2017
DTX Mədəniyyət Mərkəzinin əməkdaşları təltif edilib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın məlumatına görə, sərəncamla Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Hüseynova Elmira Bahadur qızı

Əsədova Nailə Əsəd qızı

İsmayılov Zakir Xeyrulla oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Kərimova Elnurə Camal qızı

Tağıyeva Leyla Əliyevna.

1news.az

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər