İsveçrənin Endress+Hauser şirkəti Bakı Ali Neft Məktəbində | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçrənin Endress+Hauser şirkəti Bakı Ali Neft Məktəbində

12:45 - 19 / 12 / 2017
İsveçrənin Endress+Hauser şirkəti Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrənin “Endress+Hauser İnstruments İnternational AG” şirkəti və onun Azərbaycada rəsmi tərəfdaşı olan “Sigma Technical Services” şirkətinin nümayəndələri ilə görüşüb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Ali Məktəbin rəhbərliyi və “Endress+Hauser İnstruments İnternational AG” şirkətinin Qazaxıstandakı Mərkəzi Asiya Xidmət Mərkəzinin Regional xidmət meneceri Gert-Jan Verhagen, Almaniyada Məhsulun inkişafı üzrə meneceri Joern Lange, Qazaxıstanda Mərkəzi Asiya xidmət mərkəzinin rəhbəri Andrey Tyunkin və Azərbaycanda “Sigma Technical Services” şirkətinin Biznesin inkişafı üzrə meneceri Samir Elyazov iştirak ediblər.

Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-də görməyinə şad olduğunu bildirib, daha sonra Ali Məktəbin fəaliyyəti, statistik göstəriciləri və uğurları haqda bilgiləndirib. Rektor BANM-in yeni kampusu və orada sahənin aparıcı şirkətlərinin yaratdığı labaratoriyalar haqda  görüşün iştirakçılarına məlumat verib.

Görüşdə qonaqlar  “Endress+Hauser” və “Sigma Technical Services” şirkətinin təqdimatıni edib, şirkətin yerli quraşdırma və yerli personal tərəfindən dəstəklənən xidmətlərindən bəhs ediblər. Tərəflər arasında həmçinin gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub, tələbələrin təcrübə-istehsalat proqramları və maarifləndirilməsi haqda danışıqlar edilib.

Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının rəhbəri Manafəddin Namazov sahənin müxtəlif istiqamətlərində araşdırma edən tələbələrin artıq 3 ilə yaxındır ki, “Endress+Hauser” şirkətinin proqram təminatından istifadə etdiklərini vurğulayıb və bu imkanı tələbələr üçün yaratdığına görə şirkətin nümayəndələrinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, 60 ildən çox fəaliyyət göstərən “Endress+Hauser İnstruments İnternational AG” şirkəti istehsal prosesinin ölçülməsi və avtomatlaşdırılması üçün məhsullar, həllər və xidmətlərin aparıcı təchizatçısıdır.

S.Xankişiyeva

Paylaş:
596

Son xəbərlər

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14
Bütün xəbərlər