AFFA-nın İcraiyyə Komitəsi qərarlarını açıqladı – FOTO | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın İcraiyyə Komitəsi qərarlarını açıqladı – FOTO

16:24 - 20 / 12 / 2017
AFFA-nın İcraiyyə Komitəsi qərarlarını açıqladı – FOTO

Bu gün “Bayıl Arena” stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

1news.az-ın məlumatına görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev assosoiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra qərarlar qəbul edən komitə Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq edib. Rəşad Sadıqov U-21 və U-20, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev U-17 millisinin çalışdırıcısı olub.

FİFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində iki, Bakı Olimpiya Stadionunun ərazisində bir təbii ot örtüklü standart ölçülü meydan salınmasına da qərar verilib.

Başqa bir qərara görə, Nailə Rüstəmzadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunub.

İclasda “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi təqdimatın müşayiəti ilə məlumat verilib.

1news.az

Paylaş:
714

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər