İlham Əliyev Misir diyarının müftisini qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Misir diyarının müftisini qəbul edib – FOTO

14:47 - 21 / 12 / 2017
İlham Əliyev Misir diyarının müftisini qəbul edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşüb.

1news.az  xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Misir arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Misirin konfransda yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Bu konfransın İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə olduğunu deyən dövlətimizin başçısı dini rəhbərlərin bir yerdə olmasının mühüm əhəmiyyət daşıdığını dedi, böyük tərkibli nümayəndə heyətlərinin bu konfransda iştirakını İslam həmrəyliyinin göstəricisi kimi dəyərləndirdi.

Misir diyarının müftisi Şövqi İbrahim Allam Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi və qeyd etdi ki, bütün bunlar ölkə rəhbərinin müdrik siyasəti nəticəsində əldə olunub. Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətinə toxunan Şövqi İbrahim Allam bunun müxtəlif dinlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı.

1news.az  

Paylaş:
595

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər