Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib - FOTO - YENİLƏNİB

16:37 - 21 / 12 / 2017
Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan  Prezidenti İlham Əliyev dekabrın 21-də Özbəkistan Prezidentinin dövlət müşaviri Rüstəm Kamilovu qəbul edib.

1news.az  xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı “İslam Həmrəyliyi İli” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğuladı.

Dövlət müşaviri Rüstəm Kamilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Rüstəm Kamilov bildirdi ki, xalqın tolerantlığı və sülhün qorunub saxlanmasına ölkələrimizin bir çox eyni yanaşması var. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq, ölkənin inkişafı üçün çalışmalarının önəmini vurğuladı. Rüstəm Kamilov İslam ənənələrinin dirçəlişinin, İslam irsinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin Özbəkistanda prioritet istiqamətlərdən biri olduğunu bildirdi.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

1news.az 

14:59

Prezident İlham Əliyev dekabrın 21-də Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rustam Kamilovu qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

 

Paylaş:
778

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər