İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edəcək
Dekabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan, Fizuli, İmişli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Beyləqan şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
1news.az